“Google” öz işçilərinə “Zoom” istifadə etməyi qadağan etdi
Qısa zamanda 200 milyon istifadəçi sayına çatan “Zoom” video tətbiqinin təhlükəsizlik problemlərinin olduğu üzə çıxıb.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, bu səbəbdən “Google” şirkəti öz işçilərinə bu tətbiqdən istifadə etməyi qadağan edib.
Şirkətin sözçüsü Joze Kastaneda bildirib ki, bu barədə işçilərə elektron məktub göndərilib və onlardan işlə bağlı kompüterlərdə istifadə edilməməsi barədə xəbərdarlıq edilib:
“Şirkətimiz tərəfindən təhlükəsizliyi təsdiqlənməmiş tətbiqlərin istifadəsinə uzun müddətdir ki, icazə vermirik. Bu, sadəcə “Zoom”la bağlı məsələ deyil”.
O, işçilərin özlərinə məxsus mobil telefon və ya kompüterlərində istədikləri tətbiqi istifadə edə biləcəklərini söyləyib.
Oxşar xəbərlər
242 illik məşhur şirkət iflasa hazırlaşır
İngiltərənin pərakəndə geyim və ev əşyaları mağazası olan 242 illik “Debenhams” iflasla üz-üzə qaldığını açıqlayıb. BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki,...