Gəncənin güllələnən sabiq icra başçısı Elmar Vəliyevdən XƏBƏR VAR
03
iyn
2019
14:04
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin sağlamlıq durumu haqda yeni məlumat yayılıb. BAKU.WS moderator.az-a istinadən xəbər verir ki, ötən ilin 3 iyulunda sui-qəsd nəticəsində başından aldığı zərbə nəticəsində ağır xəsarət alan keçmiş başçının sağlıq durumu tamam normallaşıb və istər yaddaşı, istər həyat qabiliyyəti 95 faiz bərpa olunub. Bildirilir ki, ötən il Türkiyədən olan məşhur həkimlər onun sağlamlığını bərpa etməsi üçün 1 illik müddət təyin etmələrinə baxmayaraq, E. Vəliyev bu prosesi 1 ay tez, yəni 11 aya bərpa edib. Bu həkimlərin bir neçə gün öncəki təkrar müəyinəsinin nəticəsində bəlli olub. Məlumatda bildirilir ki, yaxın günlərdə təkrar Türkiyədə müayinələrdən keçəndən sonra E. Vəliyevin tamamilə sağaldığı barədə cəmiyyətə müfəssəl informasiya veriləcək, hətta ola bilsin ki, keçmiş başçı iddiaların təsdiqi kimi hansısa media orqanına video-müsahibə də versin.
Oxşar xəbərlər
Elmar Vəliyevə daha bir zərbə - FOTO
Sui-qəsd olayından sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Elmar Vəliyevin sevimli avtomobil nömrəsi əlindən alınıb. BAKU.WS “yen...