“G-20” liderlərinin həyat yoldaşlarının görüşündə yeganə kişi kimdir? — FOTO
28
iyn
2019
20:53
Yaponiyanın Osaka şəhərində iki gün davam edəcək “G-20” liderlərinin Zirvə görüşü başlayıb.BAKU.WS “Ölkə.Az”a istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Şinzo Abe qonaq liderləri qarşılayıb və xatirə fotosu çəkdirib. Dünya liderlərinin həyat yoldaşları isə bu zaman “G-20 Partnyorlar Proqramı” çərçivəsində Kyotoda olub.Liderlər konfrans salonunda iclaslarda iştirak edəndə həyat yoldaşları Tofuku-Ji məbədinin pilləkənlərində foto çəkdiriblər. Bu gün çəkilən fotoda qadınlarla yanaşı olan yeganə kişi isə Böyük Britaniyanın baş naziri Tereza Meyin həyat yoldaşı Filip Mey olub.
Qalereya
Oxşar xəbərlər
Putinlə Tramp nədən danışıb? - Osaka görüşü
Yaponiyanın Osaka şəhərində G20 sammiti çərçivəsində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçirilən ikitərəfli görüş barədə məlum...