Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
Yanvarın 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 106 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 440 ailə, 1625 nəfərin daimi məskunlaşması təmin edilib.
***13:12
Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ailələr Füzuliyə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunan Füzuliyə doğma sakinlərinin qayıdışı davam edir. Bu gün 30 ailə olmaqla, 106 nəfər Füzuli sakini doğma yurduna qovuşub.
Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Onlar daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək, Vətənə qovuşmağın sevincini paylaşıblar.
***07:32
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 22-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 106 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 440 ailə, 1625 nəfərin daimi məskunlaşması təmin edilib.
Qalereya
Oxşar xəbərlər
Füzuli şəhərinə köçürülən sakinlərə evlərin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
Yanvarın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqd...