Fuad Nəcəfli Şərurda sakinlərlə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunda olub, sakinlərlə görüşüb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, əvvəlcə Şərur şəhərindəki şəhidlər abidəsi və ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib.
Səlahiyyətli nümayəndə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.
Görüş zamanı sakinlərin müraciətləri, problemləri dinlənilib. Qeyd edilib ki, sakinlərin üzləşdiyi problemlər qısa müddətdə aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq.
Hazırda görüş davam edir.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...