Fransada son bir ayda antisemitizm halları ötən illə müqayisədə 2 dəfə artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa polisi bir aydan az müddət ərzində 900-ə yaxın antisemit qanun pozuntusu qeydə alıb və bu, bütünlükdə ötən illə müqayisədə iki dəfə çoxdur.
“Report” xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, oktyabrın 7-dən indiyədək 887 antisemit hərəkət qeydə alınıb, bunlara görə 442 nəfər saxlanılıb.
Hökumətin nümayəndəsi Olivye Veran bildirib ki, Fransa hökuməti ölkədə antisemitizmin görünməmiş həddə artımını Yaxın Şərqdəki mövcud münaqişə ilə əlaqələndirir.
Onun sözlərinə görə, antisemitizm təzahürləri fonunda insanların artıq mağazalarda alış-veriş etməyə və taksi sifariş etməyə cəsarət etməməsi halları qeydə alınıb.
Oxşar xəbərlər
Fransa DİN antisemitizmə görə yüzlərlə insanın saxlanıldığını açıqlayıb
Fransada Yaxın Şərqdəki eskalasiya fonunda iki həftə ərzində 336 nəfər antisemitizm hərəkətlərinə görə saxlanılıb. “Report” Rusiya KİV-inə istinadən xəbər verir...