Fətullah Gülənin qardaşı oğlu saxlanıldı

Fətullah Gülənin qardaşı oğlu saxlanıldı
Siyasət 109

İstanbul Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən həyata keçirilən əməliyyatla terror təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Selman Gülən həyat yoldaşı, qayınatası və qayınanası ilə birlikdə Sancaktepedə evlərin birində yaxalanıblar.

BAKU.WS bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Qaçaq şəxslərin 1 ilə yaxındır ki, sözügedən evdə gizləndikləri bildirilir.

Təşkilat rəhbərinin əmri ilə banka pul yatırdıqları, qurumun dərnək və vəqflərində rəhbər vəzifələr tutduqları, təşkilatın yuxarı rəhbərliyində olan şəxslərlə təmasda olub, haqlarında quruma üzv olduqları barədə açıqlamalar verilib.

Təşkilatın hazırkı maliyyə strukturunda Selman Gülənin hələ də aktiv olduğu müəyyən edilib.

Axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallarla yanaşı, külli miqdarda xarici valyuta və 2 ədəd saxta şəxsiyyət vəsiqəsi müsadirə edilib.

Son xəbərlər