Fətullah Gülənin Azərbaycanda saxlanılmış tərəfdarı həbs edildi - VİDEO

Fətullah Gülənin Azərbaycanda saxlanılmış tərəfdarı həbs edildi - VİDEO
Video
Siyasət 1068
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları tərəfindən Azərbaycandan Türkiyəyə aparılmış Fətullah Gülənin tərəfdarı Mehmet Gelen həbs edilib. BAKU.WS-in məlumatına görə, Ankara polisinə təhvil verilən Gelen barəsində məhkəmə həbs-qətimkan tədbiri seçib. Xatırladaq ki, Gelen Fətullah Gülən tərəfdarlarının Azərbaycanda açdıqları məktəblərdən birində müəllim işləyib. Onun saxlanılması üzrə əməliyyat Gelenin saxta pasportla Azərbaycanı tərk edərək Belarusa yollanmaq cəhdindən sonra başlayıb. Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları onu Bakıya geri göndəriblər. Bakıda isə o, MİT əməkdaşları tərəfindən yaxalanıb. BAKU.WS

Son xəbərlər