Türkiyə xüsusi xidmət orqanları Bakıda Gülənin tərəfdarını yaxaladılar
30
dek
2018
11:46
Fətullah Gülənin terror təşkilatının tərəfdarı Mehmet Gelen Azərbaycandan Türkiyəyə aparılıb.Virtualaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, beynəlxalq axtarışda olan Gelenin tutulması üzrə əməliyyatı Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları həyata keçiriblər.Mənbə qeyd edir ki, Türkiyə kəşfiyyatının əməkdaşları əvvəllər Gülən tərəfdarlarının Azərbaycanda açdığı məktəblərdən birində işləyən saxlanılanı nəzarətdə saxlayıblar.Mehmet Gelenin saxlanılması üzrə əməliyyat onun saxta pasportla Azərbaycanı tərk edərək Belarusa yollanmasından sonra həyata keçirilib.Belarus hüquq-mühafizə orqanları cinayətkarı Bakıya geri yollayıblar və elə burada o, MİT əməkdaşları tərəfindən tutulub.BAKU.WS
Oxşar xəbərlər
ABŞ Gülənin ekstradisiya məsələsinə aydınlıq gətirdi – VİDEO
ABŞ Dövlət Departamentinin Fətullah Gülənin ABŞ-dan ekstradisiyasının yollarını araşdırdığı haqda mlumat yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə NBC telekana...