Fəthullah Gülən Türkiyəyə ekstradisiyasından danışdı

Fəthullah Gülən Türkiyəyə ekstradisiyasından danışdı
Siyasət 1780
 

"FETÖ terror təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı danışıqlar davam edir".

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib.

Səfir deyib ki, bu məsələdə Türkiyənin müttəfiqləri öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər: "Təəssüf ki, biz bu məsələdə digər dövlətlərdən Azərbaycan dövlətinin göstərdiyi həssaslığı görmürük".

E. Özoral onu da qeyd edib ki, dövlət çevrilişinə cəhddən sonra Türkiyə iqtisadiyyatı daha yaxşı inkişaf edib, terrora qarşı layiqli mübarizə aparılıb.

Bu arada F.Gülən ABŞ-ı tərk etmək və Kanadaya getmək niyyətində olduğu barədə deyilənləri təkzib edib.

Virtualaz.org-un məlumatına görə, o, Reuters-ə verdiyi müsahibəsində deyib: "Əgər ABŞ məni verməyi münasib sayacaqsa, mən Türkiyəyə gedəcəyəm".

BAKU.WS

Son xəbərlər