Fatih Birol: "Enerji səmərəliliyinin 2 dəfə artırılması ilə bağlı məyusluq yaşayırıq"
İqlim dəyişikliyi ilə mübarizədə maliyyə vəsaiti şərtdir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, enerji səmərəliliyinin iki dəfə artırılması və bərpa olunan enerjidən istifadənin üç dəfə artırılması məqsədlərinə dair əldə edilən nəticələr pis və yaxşıdır: "Məyus olduğumuz nəticələr enerji səmərəliliyindədir. Keçən il biz qlobal enerji səmərəliliyinin illik artım tempini 2 %-dən 4%-ə yüksəldilməsi barədə razılaşdıq. Bununla belə, builki rəqəmlərə nəzər saldıqda qlobal enerji səmərəliliyinin artımı cəmi 1 % təşkil edir ki, bu da 10 il əvvəlki göstəricinin yarısıdır".
O qeyd edib ki, bu il də enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür.
Oxşar xəbərlər
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
BMT son illər dünyada baş verən müharibə və qiyamların həlli üçün ortaya uğurlu iş qoya bilməyib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türk Dövlətlə...