Fabrikdə qaz sızdı: 3-ü uşaq olmaqla 11 nəfər öldü

Fabrikdə qaz sızdı: 3-ü uşaq olmaqla 11 nəfər öldü
Siyasət 119

Hindistanın şimalında Pəncab əyalətinin Ludhiana şəhərindəki fabrikdə qaz sızması nəticəsində 3-ü uşaq olmaqla 11 nəfər ölüb.

BAKU.WS xəbər verir ki, Hindistan mətbuatında yer alan məlumatlara görə, ən azı 10 nəfər xəstəxanaya yerləşdirilib.

Sızıntının səbəbini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Hadisədə həyatını itirənlərin ailələrinə və yaralılara təzminat ödəniləcəyi qeyd olunub.

Son xəbərlər