Dünyada 2019-cu ilin ən yadda qalan hadisələri - FOTO

Dünyada 2019-cu ilin ən yadda qalan hadisələri - FOTO
Siyasət 333

2019-cu il dünya ölkələrində bir-birindən maraqlı, həyəcanlı və qorxulu anlar baş verib.

BAKU.WS xəbər verir ki, baş verənlər arasında böyük ajiotaj yaradan hadisələrdən çevrilişlər, silahlı hücumlar və başqa siyasi prosesləri göstərmək olar.

Cari ildə dünya KİV-lərinin geniş yer verdiyi hadisələri təqdim edirik.

Dünyada 2019-cu ilin ən yadda qalan hadisələri - FOTO

23 yanvar - Venesuela Milli Məclisinin sədri Xuan Guaido ölkədəki hökumət əleyhinə nümayişlərdə özünü "müvəqqəti prezident" elan etdi.

Dünyada 2019-cu ilin ən yadda qalan hadisələri - FOTO
26 fevral - Hindistan Hərbi Hava Qüvvələrinin 12 "Mirage-200" təyyarəsi Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonunda "Ceyş-ə-Məhəmməd" qruplaşmasının düşərgəsinə hava zərbəsi endirmişdi. Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurmuşdu.

Dünyada 2019-cu ilin ən yadda qalan hadisələri - FOTO

15 mart - Yeni Zelandiyanın Kristçurç şəhərindəki iki məscidə təşkil edilən silahlı hücum zamanı 51 nəfər ölmüş və 49 nəfər yaralanmışdı.

Dünyada 2019-cu ilin ən yadda qalan hadisələri - FOTO
25 mart - ABŞ Prezidenti Donald Tramp "ABŞ-ın Golan yüksəklikləri üzərindəki İsrailin suverenliyini rəsmi olaraq tanıdığını" elan edən sərəncam imzaladı.

Dünyada 2019-cu ilin ən yadda qalan hadisələri - FOTO
11 aprel - Sudanda ordu hakimiyyəti ələ keçirdi. Prezident Ömər əl-Bəşir həbs olundu, Müdafiə naziri Avad bin Avfın rəhbərlik etdiyi Hərbi Keçid Şurası isə 2 illik keçid dövrünü elan etdi.

Dünyada 2019-cu ilin ən yadda qalan hadisələri - FOTO
20 may - "Google" şirkəti ABŞ hökumətinin Çinin texnologiya nəhəngi olan "Huawei"yi "qara siyahı"ya almasından sonra, "Huawei" istifadəçiləri üçün Android əməliyyat sisteminə girişi əngəlləyib.

Dünyada 2019-cu ilin ən yadda qalan hadisələri - FOTO
17 iyun - Misirin ilk demokratik seçilmiş prezidenti Məhəmməd Mursi məhkəmə salonunda öldü.

Dünyada 2019-cu ilin ən yadda qalan hadisələri - FOTO

5 avqust - Hindistan Cammu Kəşmirin xüsusi statusunu qaldırdı və onu iki birlik ərazisinə böldü. Qərardan sonra Hindistan təhlükəsizlik qüvvələri Cammu Kəşmirdə ictimai asayiş əməliyyatları və xalqa təzyiqləri artırdı, internet, telefon və nəqliyyatda komendant saatı tətbiq olundu.

Dünyada 2019-cu ilin ən yadda qalan hadisələri - FOTO

14 sentyabr - Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"-ya məxsus iki obyekt pilotsuz uçuş aparatı tərəfindən partladıldı.1 oktyabr - İraqda işsizlik, korrupsiya və dövlət qulluğunun olmamasına etiraz olaraq başlayan nümayişlərdə ən azı 450 nəfər ölmüş və 19 mindən çox insan yaralanmışdı.

Dünyada 2019-cu ilin ən yadda qalan hadisələri - FOTO
1 noyabr - ABŞ ordusu Suriyada İŞİD terrorçularına təşkil etdiyi əməliyyat zamanı Əbu Bəkr əl-Bağdadini öldürdü.

Dünyada 2019-cu ilin ən yadda qalan hadisələri - FOTO
10 noyabr - oktyabrın 26-da Boliviyada keçirilən prezident seçkilərinin ilk turunda qalib gələn, səslərin sayılması iddiaları ilə əlaqədar ölkədə etirazlara səbəb olan prezident Evo Morales, ordunun təzyiqi ilə istefa verdi.

Son xəbərlər