Əslində olan və görmək istədiyimiz!!!
Yeniliklərdən dərhal xəbərdar olun
Təsəvvür edin ki, evinizdə iki uşağınız var. Birinə hədiyyə alıb, digərinə almasanız necə olar? Birini əzizləyib digərini diqqətdən kənarda saxlasanız hansı hissləri keçirər?
Eləcə də ətrafımızdakı uşaqlarla münasibətdə ayrı-seçkilik qoysaq ədalətli olarmı?
Biz dünyanın harasında olursa-olsun, insanı sevməyi bacarmasaq, bizim olub-olmasından asıl olmayaraq bütün uşaqlara şəfqətlə yanaşmasaq, öz xoşbəxtliyimizin eyforiyasına qapılıb aclıqdan, susuzluqdan əziyyət çəkən, güllə altında sağ qalmağa çalışan uşaqları unutsaq... görməzdən gəlsək... ürəyimiz yanmasa... elə belə də etmirikmi?
Elə insan sözünün mənası ərəbcədə UNUTQAN deyilmi? Bəli, biz unutqanıq.
Biz minlərlə uşağın ah-naləsini, aclıqdan ölmək üzrə olduğunu gördüyümüz halda, öz uşağımızın bircə gülüşü ilə hər şeyi unuduruq...
Mən 1 iyunu heç vaxt bayram kimi qəbul etməmişəm. Çünki bu Günün kökü milyonlarla uşağın məruz qaldığı zorakılıqlara, işgəncələrə dayanır. Uşağa sevginin, şəfqətin, mərhəmətin günü olmaz. Onları müdafiə etmək üçün hansısa günü gözləmək lazım deyil.
Görmək istədiyimiz gələcəyi indidən quraq. Nə əkərsək, onu biçəcəyik. Əksi mümkün deyil.
Allah bütün uşaqları qorusun! Bizim də qəlibimizdəki mərhəmət və sevgini artırsın.
P.S. Aşağıdakı fotolar banqladeşli illustrator Morşed Mişunun müharibənin ən məsum qurbanları barədə düşündürücü layihəsi üçün hazırlanıb. O, bu layihədə uşaqların yaşaması gərəkən anlarla əslində baş verən hadisələri birləşdirib.
Fərid Ədalət
Qalereya
Oxşar xəbərlər
Şou-biznes nümayəndələri Xocalı soyqırımını unutdular (VİDEO)
...Xocalı soyqırımını, bu vəhşiliyi, həmin gün qətlə yetirilən körpələri, tarixdə görünməmiş şəkildə təcavüzə məruz qalan analarımızı, bacılarımızı, qızlarımızı...