Şou-biznes nümayəndələri Xocalı soyqırımını unutdular (VİDEO)

Şou-biznes nümayəndələri Xocalı soyqırımını unutdular (VİDEO)
Video
Şou-biznes 8084
...Xocalı soyqırımını, bu vəhşiliyi, həmin gün qətlə yetirilən körpələri, tarixdə görünməmiş şəkildə təcavüzə məruz qalan analarımızı, bacılarımızı, qızlarımızı, 27 ildir gözümüzün önündən və beynimizdən silinməyən ata-qardaşlarımıza edilənləri unutmaq olarmı? Olmaz!... Mümkün deyil!... Bunu 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə yaşanılanları kənardan izləyici kimi deyirik. Faicənin kənardan şahidiyik biz, sadəcə kənardan. Həmin günü çəkilən fotolara, video-görüntülərə baxıb dəhşətə gəlirik. Bəs bu faciəni gözü ilə görüb, bütün mənəviyyatı ilə yaşayan, gözləri önündə sevdiklərinə işgəncə edilən, körpəsinin son nəfəsini duyaraq cismani yaşamağa məhkum anaların iliyinəcən sızıldayan faciəsini unutmaq olarmı? Olmaz!... Bu, mümkün deyil!... Bəs bu günlərdə müsahibim olan Xocalı sakini və şahidi, bircə qardaşını da Xocalıda itirən Fiqurə Rüstəmovanın ürək yanğınısını necə, unutmaq yaraşarmı bizə?! Xocalı soyqırımında üç oğlunu itirmiş Şahəddin nənədən danışmışdı Fiqurə xanım. Üç oğlu ermənilərin gülləsinə və işgəncəsinə tuş gəlib Şahəddin nənənin... Hər günün hər saniyəsi yaşamına nifrət edən bu ananın naləsini bəs unutsaq, vicdan əzabından yaşaya bilərikmi? Həmin gecənin ah-nalələri bizi rahat yaşamağa qoyarmı? Fevralın 25-dən 26-na keçən gecə...

Son xəbərlər