Türkiyə mətbuatı Xocalı faciəsindən yazdı - FOTOLAR
26
fev
2019
13:50
Türkiyənin aparıcı xəbər saytları Xocalı faciəsini anıblar. BAKU.WS-in məlumatına görə, "Sabah", "Aksam", "Güneş", "Super Haber", "Sözcü", "Yeni Asya" və s. xəbər portallarında faciə ilə bağlı məqalələr dərc olunub. Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlib. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılıb. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
XX əsrin faciəsi: Xocalı soyqırımından 27 il ötür
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldü...