Psixoloq Nərmin Şahmarzadə: "Mübariz İbrahimovun etdiyi cinayətdir, qəddarlıqdır "
15
dek
2018
09:52
Psixoloq Nərmin Şahmarzadə fərqli fikirlərilə tanınır. Xanım sosial şəbəkədəki statuslarından birini Azərbaycanın qəhrəman oğlu, qanı ilə tarix yazmış, şərəfli şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman Mübariz İbrahimova həsr edib.BAKU.WS onun yazdığı statusu təqdim edir:"Azərbaycan kişisi deyəndə nümunə kimi Mübariz İbrahimovu çəkdi bir dostum, amma mən belə hesab etmirəm.Döyüş zamanı olsa, özünü və vətəni müdafiə deyərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək olar. Çünki dəyər hesab etdiyin insanlıq, mərhəmət hissini digər dəyər hesab etdiyin şeyə qurban verirsən, o öldürdüyün adama düşmən desən də, vicdanın sızlayar yəqin ki, buna görə dəyər hesab etdiyin şeyi qorumaq üçün digər dəyərindən imtina etməyinə bəlkə də qəhrəmanlıq demək olarAmma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləməmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediymiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır".BAKU.WS
Oxşar xəbərlər
Mübariz İbrahimovun vəfat etdiyi deyilən anasından XƏBƏR VAR - FOTO
İki gün öncə ölüm xəbəri yayılan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anası Şamama xanım sağdır.BAKU.WS xəbər verir ki, Müşfiq Malik adlı sosial şəb...