Əsirlikdə olan Bayram Kərimovdan xəbər var
Yeniliklərdən dərhal xəbərdar olun
İkinci Qarabağ döyüşlərində düşmən tərəfə əsir düşən Gəncə şəhər sakini Bayram Kərimov Beynalxalq Qırmızı Xaç Komitəsi tərəfindən ailəsinə xəbər göndərib.
Bu barədə BAKU.WS-in bölgə müxbirinə B.Kərimovun atası Yaşar Kərimov bildirib.
"Beynalxalq Qırmızı Xaç Komitəsindən bizə dedilər ki, övladınız xəbər göndərib. Xəbərdə yaxşı olduğunu bildirib. Belindən aldığı yara artıq sağalır və otura bildiyini deyib. Bizim yazdığımız məktubu da oxuyub, amma məktub yazmayıb. Deyib sadəcə bizə çatdırsınlar ki, yaxşıdır", - Yaşar Kərimov əlavə edib.
Qeyd edək ki, B.Kərimov könüllü olaraq Qarabağ savaşına qatılıb və Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb və əsir düşüb.
B.Kərimovun bir azyaşlı övladı var.
Oxşar xəbərlər
Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər - VİDEO
Şanlı Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqlarını düşməndən azad etdi. Bunun üçün isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər və...