Ermənistanın baş naziri ürkək baxışlarla azad etdiyimiz torpaqlara boylandı (VİDEO)
Ermənistan baş naziri Ovik Abramyanın Qarabağ səfərindən yeni görüntülər ortaya çıxıb.
BAKU.WS-in məlumatına görə, erməni baş nazir Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri zamanı təmas xəttində olub.
Azərbaycanın aprelin əvvəlində gedən şiddətli döyüşlərdə işğaldan azad etdiyi torpaqları seyr edən baş nazir hərbçilərdən məlumat alıb. Açıq ərazidən mövqelərimizi izləməyə ürək etməyən baş nazir balaca deşikdən ürkək baxışlarla qarşı tərəfi seyr edib.
Xatırladaq ki, bir müddət öncə Ermənistan prezidenti də Qarabağa səfər etmişdi. Analoji vəziyyət Serj Sarkisyanın da səfəri zamanı müşahidə olunmuşdu.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər ürkək-ürkək postlarımızı süzür: Ordumuzun hücumunu gözləyirlər (VİDEO)
Erməni jurnalistlər Qarabağda çəkiliş edib. BAKU.WS-in məlumatına görə, təmas xəttində aparılan çəkiliş zamanı Azərbaycan kəndləri lentə alınıb. Ermənilər kön...