Ermənistana məxsus kəşfiyyat texnikası məhv edildi - FOTO

Ermənistana məxsus kəşfiyyat texnikası məhv edildi - FOTO
Siyasət 598
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.BAKU.WS

Oxşar xəbərlər

Ermənistana məxsus PUA məhv edilib

Ermənistana məxsus PUA məhv edilib

İyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə...

805 Siyasət 13:55 19 iyun 2018

Son xəbərlər