Ermənilər özlərini bu görüntü ilə ifşa etdi (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan mediası yayımladığı foto ilə özlərini ifşa edib.
BAKU.WS xəbər verir ki, Ermənistan tərəfinin iddiasına görə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın "Şant" televiziyası məxsus avtomobili atəşə tutub. Erməni tərəfi iddia edir ki, avtomobildə telekanalın əməkdaşları olub və onların üzərlərində yalnız televiziya texnikaları mövcud olub. Lakin fotoda atəş zərbələrinə məruz qalan avtomobildə Kalaşnikov avtomatının olduğunu açıq aydın görmək mümkündür. Bu foto ermənilərin iddiasını deyil Azərbaycan Müdafiə Nazirliyinin hadisə ilə bağlı rəsmi açıqlamasını təsdiq etmiş olur.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində cəbhə xəttində Ermənistanın "Şant” televiziya şirkətinin operatorunun bölmələrimiz tərəfindən açılan atəş nəticəsində yaralanması barədə xəbərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, "Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb.
"Eyni zamanda onu da bildiririk ki, Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür", - deyə MN-dən bildirilib.
Qeyd edək ki, Ermənistan KİV-in iddiasına görə, mayın 10-da saat 18 radələrində Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusunun açdığı atəş nəticəsində "Şant" televiziyasının "Mövqelərdə" proqramının operatoru David Atoyan yaralanıb.
BAKU.WS
Oxşar xəbərlər
Ermənistan televiziyasına məxsus maşından mövqelərimiz atəşə tutuldu
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində cəbhə xəttində Ermənistanın "Şant” televiziya şirkətinin operatorunun bölmələrimiz tər...