Erməni ordusunda ağlasığmaz addım
Ermənistanın Müdafiə Nazirliyi hərbi qulluqçularla mülki şəxslərin ünsiyyətinə məhdudiyyət qoyub. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu addım təhlükəsizlik məsələlərinə görə atılıb.
Bildirilir ki, Ermənistan müdafiə nazirliyi hərbçilər ilə mülkilər arasında telefonla və ya internet vasitəsi ilə hərbi xidmətlərlə bağlı məsələlərin müzakirə etməməyə çağırıb. Bu barədə nazirliyin yaydığı videomüraciətdə deyilir.
"Əmin olun ki, ilk fürsətdə özümüz sizinlə əlaqə saxlayacağıq",- nazirliyin çağırışında belə deyilir.
Şübhəsiz ki, qorxu və həyəcan içərisində olan erməni tərəfinin belə bir addım atması itkilərini gizlətmək və orduda baş verən özbaşınalıqları xalqdan saxlamaq məqsədi daşıyır. Təsadüfi deyil ki, Azərbaycanın Müdafiə Nazirliyi ötən gün açıqlama verərək bildirib ki, düşmən tərəfi son döyüş əməliyyatları zamanı çoxsaylı itkilərinin bir qismini açıqladıqdan sonra Ermənistan ictimaiyyəti qorxu və vahimə içindədir.
Şübhəsiz ki, qorxu və həyəcan içərisində olan erməni tərəfinin belə bir addım atması itkilərini gizlətmək və orduda baş verən özbaşınalıqları xalqdan saxlamaq məqsədi daşıyır. Təsadüfi deyil ki, Azərbaycanın Müdafiə Nazirliyi ötən gün açıqlama verərək bildirib ki, düşmən tərəfi son döyüş əməliyyatları zamanı çoxsaylı itkilərinin bir qismini açıqladıqdan sonra Ermənistan ictimaiyyəti qorxu və vahimə içindədir.
Cəbhədə ordumuzla döyüşlər zamanı itkilərini gizlədən qarşı tərəf son günlər mütəmadi olaraq əsgərlərinin məhv olduğu barədə məlumatlar yayaraq döyüş zamanı baş verən itkilərini gizlətməyə çalışır. Son bir gündə ermənilər öldürülən daha 3 hərçi haqqında məlumat yayıb.
Onlardan biri Talış istiqamətində hərbi hissələrdən birində, digəri isə Xocavəndə öldürülüb.
İki gün əvvəl isə ermənilər aprelin əvvəlində cəbhə xəttində baş vermiş 4 günlük müharibə zamanı ölən ermənilərin sayı barədə ziddiyyətli açıqlamalar verirlər. Son rəsmi məlumatda ölən hərbçi sayının 92 olduğu deyilirdi.
"2-5 aprel Dağlıq Qarabağda döyüşlər zamanı təmas xəttində 64 hərbi qulluqçu və 13 könüllü həlak olub", - deyə mətbuat xidməti bildirib. Həmçinin ermənilər qeyd edib ki, həlak olanlar arasında 15 zabit, 15 müqavilə ilə xidmət edən hərbi qulluqçu, 34 əsgər, 11 könüllü və iki ehtiyatda olan hərbçi var. Bundan başqa bir zabit itkin düşüb. Lakin Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi onlara 10 əsgər anası övladlarından xəbərsiz olduqları barədə müraciət etdiyini deyib.
Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, Qarabağda döyüşlər zamanı minimum 200 erməni hərbçi öldürülüb, 500-dən çoxu yaralanıb.
BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdən diversiya əməliyyatları barədə AÇIQLAMA
"Düşmən tərəfi son döyüş əməliyyatları zamanı çoxsaylı itkilərinin bir qismini açıqladıqdan sonra Ermənistan ictimaiyyəti qorxu və vahimə içindədir". BAKU.WS x...