Ermənistan təslim olur
Ermənistan Müdafiə Nazirliyi bəyanatla çıxış edib. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bəyanatda Ermənistan sülhün texniki tərəflərinin hazırlanması prosesinə başlamağa çağırıb.
"Biz hərbi əməliyyatların dayandırılması barədə çağırışlarla razıyıq", - nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Ötən gün və gecə atəşkəsin pozulması nəticəsində daha 3 hərbi qulluqçumuz şəhid olub.
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər Ağdamda məscidi atəşə tutub - bir nəfər həlak olub
Erməni hərbi birləşmələri Ağdam rayonunun Əhmədağalılar kəndini atəşə tutub. BAKU.WS bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov mə...