Erməni jurnalistdən SOS: Ağdərədə taleyimiz həll olunur
"Vəziyyət çox ağırdır, Ağdərədə bizim taleyimiz həll olunur".
BAKU.WS lacin.info-ya istinadən bildirir ki, bu sözləri hazırda Ağdərədə olan erməni jurnalist Slavik Qabrelyan deyib.
Erməni jurnalist Ağdərə rayonunda vəziyyətin olduqca ağır olduğunu bildirib: "Burada bizim taleyimiz həll olunur. İnsanlar arasında təlaş və qorxu var. Cəbhə xəttinə 2 km qalmış heç kimi irəli buraxmırlar. Həmsöhbət olduğum yerli sakinlərin sözlərinə görə, ailələrini Xankəndiyə, İrəvana, hətta bəziləri Rusiyaya aparıblar.
Jurnalist qeyd edib ki, cəbhədə güclü partlayış səsləri gəlir: "Nə qədər çalışsaq da Azərbaycan tərəfinin partlatdığı komanda qərargah məntəqəsi haqqında heç bir məlumat ala bilmədik".
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər Ağdərədən meyit daşıyır (VİDEO)
Cəbhədə gedən ağır döyüşlərdə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vurub. BAKU.WS-in məlumatına görə, son bir neçə gündə Ermənistan ordusu yüzlərlə it...