Erməni deputat: "Əgər Rusiya Qarabağı Ermənistana versə..."

Erməni deputat: Əgər Rusiya Qarabağı Ermənistana versə...
Siyasət 4428

 

"Qarabağın separatçı rejimin tanınması Rusiyanın maraqlarına əsasan baş tuta bilər. Ancaq indiki vəziyyətdə bu imkansız görsənir".

BAKU.WS-in məlumatına görə, bunu erməni deputat Tevan Poqosyan söyləyib. Onun sözlərinə görə, Moskvanın marağları təmin olunmasa Ermənistanı gözləmədən dərhal seperatçıların "müstəqilliyi" tanınacaq. 

O qeyd edib ki, "Dağlıq Qarabağ Respublikasının" tanınması haqqında qanun layihəsi gələcəkdə yaranacaq vəziyyətə uyğun olaraq hazırlanır. "Rusiya tərəfinin reaksiyası tamamilə proqnozlaşdırılandır. Bu mərhələdə regionda Rusiyanın maraqları separatçı rejimin tanınması üçün əlverişsizdir.

Qeyd edək ki, Ermənistanın qondarma rejimi tanıması halında Azərbaycan hərbi əməliyyatlara başlaya bilər. Müharibədən ehtiyyat etdiyi üçün Ermənistan özü də bu addımı atmaqdan çəkinir.

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər