Erməni deputat: "Azərbaycan ordusu əsas qüvvələrini döyüşə atmamışdı"
"Azərbaycan "dördgünlük müharibə"də ordusunun əsas qüvvələrini işə salmadı. Bunu unutmaq olmaz. Mən demirəm ki, biz qorxmalıyıq. Ancaq nəzərə almalıyıq ki, Ermənistan irimiqyaslı müharibəyə cəlb edilə bilər. Biz dərindən götür-qoy eləməliyik. Bunun nəticələrini dərindən düşünməliyik".
BAKU.WS məlumat verir ki, bunu Ermənistan Parlamentinin deputatı Vardan Xaçatryan prezident Serj Sarkisyanın aprel döyüşlərində işğal edilmiş 800 hektar ərazinin itirilməsi açıqlamasına münasibət bildirərkən deyib. "Biz dərindən fikirləşməliyik ki, Ermənistanı nə gözləyə bilər. Nə qazanacağımızı və nə itirəcəyimizi hesabayıb bundan sonra addım atmalıyıq", - deyə erməni deputat bildirib.
O, həmçinin vurğulayıb ki, Rusiya Qarabağda müharibənin alovlanmasında maraqlı deyil. Deputat Cənubi Qafqazı Rusiya üçün "Axilles dabanı" adlandıraraq rəsmi Moskvanın bu regionda hər şeyin bundan sonra da onun nəzarəti altında qalmasını planlaşdırdığını deyib.
Azad ƏLİYEV
Oxşar xəbərlər
"Sarkisyan Qarabağı vermək istəyirdi, amma..."
"Serj Sarkisyan Qarabağı sakitcə vermək istəyirdi. Bundan sonra susmaq mümkün deyil". BAKU.WS ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parla...