Erməni deputat: "Torpaqları Azərbaycana qaytara bilərik"

Erməni deputat: Torpaqları Azərbaycana qaytara bilərik
Siyasət 1424

 

"Ermənistan və Azərbaycan danışıq prosesində güzəştli qərarla qəbul edə bilər. Həmçinin bəzi torpaqların Azərbaycana qaytarılması mümkündür".

BAKU.WS-in məlumatına görə, bunu Ermənistanın hakim Respublika partiyasının deputatı Levon Martirosyan deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi torpaqların Azərbaycana qaytarılması məsələsini inkar etmir.

"Güzəştli qərarlar qəbul edilərsə, bəzi rayonları azad edərək Azərbaycana təhvil vermək olar. Bununla belə Qarabağ əhalisinin sabit və zəmanətli təhlükəsizliyi təmin etmək önəmlidir. Burada narahat olunacaq heç bir səbəb yoxdur", – deyə erməni deputat bildirib.

Xatırladaq ki, son günlər Ermənistan KİV-ində Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri böyük marağa səbəb olub. Bəzi qəzetlər iddia edib ki, tərəflər görüşdə Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana qaytarılması məsələsini müzakirə edib.  

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Ermənistandan torpaqların qaytarılmasına işarə

Ermənistandan torpaqların qaytarılmasına işarə

"Rusiyanın xarici işlər naziri Serqey Lavrovun Ermənistana səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi müzakirə edilməyə bilməzdi...

2328 Siyasət 14:55 12 noyabr 2015

Son xəbərlər