"Sarkisyan Qarabağı vermək istəyirdi, amma..."

Sarkisyan Qarabağı vermək istəyirdi, amma...
Siyasət 4610
 

"Serj Sarkisyan Qarabağı sakitcə vermək istəyirdi. Bundan sonra susmaq mümkün deyil".

BAKU.WS ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin "İrs" partiyasından olan deputatı Zarui Postancyan  deyib.

Onun sözlərinə görə, itirilən 800 hektar (Azərbaycan tərəfi azad olunan torpaqların 2000 hektardan çox olduğunu deyir-red. ) ərazi ilə biz dövlətçiliyinizi itiririk.

"Əsgərlər öz həyatları bahasına 800 hektar ərazisini qaytarmağa hazır olsa da Serj Sarkisyan hazır deyil. Əsgərlər ilk gündən müqavimət göstərib, Sarkisyanın bütün planlarını pozub. O, əraziləri sakitcə verməyə hazırlaşırdı”.

Zarui Postancyan deyib ki, Serj Sarkisyan hakimiyyətinin saxlanılması məsələsini həll etməyə hazırlaşırdı: "İndi o manipulyasiyalar vasitəsi ilə izah etməyə çalışır ki, guya əraziləri verməyə hazır deyildi. Amma həm dördgünlük müharibənin başlanğıcına qədər, həm də ondan sonra hər gün hərbi qulluqçularımız ölürdü. Həmçinin əməliyyatların gedişatında bizim qurbanlar daha çox idi”.

Müxalifətçi susmayacaqlarını və bundan sonra mitinqlər təşkil edəcəklərini deyib.

Zarui Postancyan Sarkisyana qarşı kəskin mövqeyi ilə seçilir. O, bu mövqeyini aprel hadisələrindən sonra daha çox biruzə verir. Postancyan demək olar ki, hər gün Ermənistan prezidenti əleyhinə çıxışlar edir.

Bundan əvvəl o demişdi ki, ərazilərin itirilməsi qondarma rejimin təhlükəsizliyinin laxlamasıdır. O həmçinin itirilən ərazilər arasında bir kəndin də olduğunu deyib.

Onun sözlərinə görə, Sarkisyanın aprel döyüşlərində cəmi 800 hektar ərazi itirilməsi barədə bəyanatı hakimiyyətin bundan sonra da geri çəkilməyə hazır olmasından xəbər verir. 

Serj Sarkisyan isə itirilən 800 hektarın strateji baxımdan çox əhəmiyyətsiz olduğunu demişdi.

Prezidentin bu sözləri Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. Qondarma Dağlıq Qarabağ Respublikasının "parlamentinin" "Milli Dirçəliş" fraksiyasının rəhbəri Ayk Xanumyan Serj Sarkisyanın "itirilmiş 800 hektar ərazinin strateji əhəmiyyəti yox idi” sözlərini şərh edərkən deyib ki, mövqeləri itirdikləri üçün əhali Talış kəndinə qayıda bilmir. O, Sarkisyanı qeyri – adekvat adladırıb. 

BAKU.WS

Son xəbərlər