Ermənistanda etiraz aksiyası başlayıb

Ermənistanda etiraz aksiyası başlayıb
Siyasət 64

Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasının iştirakçıları respublikanın Daxili İşlər Nazirliyinin binasına doğru gedirlər.

BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Mayın 29-da tərəfdarlarının mitinqində etiraz aksiyasının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılığa dair izahat verməlidirlər.

Din xadimi bildirib ki, polisin əməlinə görə cavab tələb etmək və dinc əhaliyə qarşı zorakılıq tətbiq etmək göstərişini kimin verdiyini öyrənmək üçün Daxili İşlər Nazirliyinə getməyə qərar verib.

Son xəbərlər