Ermənistan və Rusiya sentyabrın 1-dən yüklərə fitosanitar nəzarəti gücləndirəcək
Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində sentyabrın 1-dən fitosanitar nəzarətinə məruz qalan yüklərin daşınması qaydaları gücləndiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi orqanının yaydığı məlumatda bildirilib.
Bununla əlaqədar olaraq, nəzarət orqanı Ermənistanın təsərrüfat subyektlərini fitosanitar nəzarətə məruz qalan malların (təzə meyvə və tərəvəzlər, çiçəklər, toxumlar, əkin materialları və s.) bu ölkədən Rusiyaya daşınması zamanı Aİİ və Rusiya qanunvericiliyinin tələblərinə ciddi əməl etməyə çağırıb. Səlahiyyətli qurum, həmçinin gələcəkdə malların daşınmasına məhdudiyyətlərin qarşısını almaq üçün Rusiyada vergi öhdəliklərini yerinə yetirməyə çağırıb.
"2025-ci il sentyabrın 1-dən həm Ermənistan Respublikasında, həm də Rusiya Federasiyasında qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət gücləndiriləcək və onu pozan şirkətlər qanunla müəyyən edilmiş məsuliyyət tədbirləri görəcəklər", - qurumun açıqlamasında qeyd olunub.
Oxşar xəbərlər
Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı iki ölkə arasındakı iqtisadi münasibətlərdəki problemləri müz...