Ermənistan və Fransa 2026-cı il üçün Müdafiə Əməkdaşlıq Proqramı imzalayıblar

Ermənistan və Fransa 2026-cı il üçün Müdafiə Əməkdaşlıq Proqramı imzalayıblar
Siyasət 25

Dekabrın 15-16-da Parisdə müdafiə məsələləri üzrə Ermənistan-Fransa ikitərəfli strateji məsləhətləşmələri keçirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, məsləhətləşmələr çərçivəsində Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəisi Levon Ayvazyan Fransa Silahlı Qüvvələri Nazirliyinin Beynəlxalq Əlaqələr və Strategiyalar Departamentinin yeni təyin olunmuş rəisi Giyom Olanye ilə görüşüb.

Nümayəndə heyətləri daha sonra departamentin rəis müavini general-leytenant Erik Patye ilə danışıqlar aparıblar. 2025-ci ilə qədər görülən işlər ümumiləşdirilib və növbəti il ​​üçün proqramlar müəyyənləşdirilib.

Məsləhətləşmələrdən sonra Ermənistan və Fransa arasında 2026-cı il üçün Müdafiə Əməkdaşlıq Proqramı imzalanıb ki, bu da Silahlı Qüvvələrin həyati əhəmiyyətli fəaliyyətinin praktiki olaraq bütün sahələrində onlarla tədbirləri əhatə edir.

Müdafiə məsələləri üzrə növbəti strateji məsləhətləşmələrin İrəvanda keçirilməsi qərara alınıb.

Son xəbərlər