Ermənistan prezidentliyinə namizəd irəli sürüldü

Ermənistanda iqtidardakı Vətəndaş Müqaviləsi Partiyası ölkə prezidentliyinə yüksək texnologiyalar sənayesi naziri Vahanq Xaçaturyanın namizədliyini irəli sürüb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu parlamentin sədri Alen Simonyan jurnalistlərə bildirib.
Prezident Armen Sarkisyanın istefasından sonra dövlət başçısını müvəqqəti əvəz edən spiker qeyd edib ki, iqtidar partiyasında bir neçə nəfərin namizədliyi müzakirə olunduqdan sonra V.Xaçaturyanla bağlı razılığa gəlinib.
Xatırladaq ki, A.Sarkisyanın 23 yanvar tarixində verdiyi istefa ərizəsi Alen Simonyan tərəfindən bu gün imzalanıb.
Oxşar xəbərlər
Armen Sarkisyanın istefasının əsl səbəbləri bəlli oldu
Ermənistan Prezidenti Armen Sarkisyanın istefasının əsas səbəbləri məlum olub. Prezident istefasına bir neçə mühüm faktorun səbəb olduğunu açıqlayıb. BAKU.WS “R...
