Ermənilərin Gəncəyə raket atması nəticəsində həlak olanlar arasında bir məktəbli də var
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə Ermənistan Ordusunun növbəti dəfə Gəncəni ballistik raket atəşinə tutmasına nəticəsinə daha bir məktəbli həlak olub.
BAKU.WS xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində məlumat verib: “15 yaşlı Nigar Əsgərovanın sabah ad günü olacaqdı. Nigar Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alırdı. Bu gecə işğalçı Ermənistanın Gəncəyə raket hücumu nəticəsində evləri başına uçdu və Nigar balamız həlak oldu. Düşmən təcavüzü nəticəsində artıq 4 məktəblimiz həlak olub. Həlak olanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik!”
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...