Ermənilər Madagizdə döyüşdən imtina edir - ölümqabağı əzablar başlayıb
29
sen
2020
14:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub".
Bunu BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
"Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər".
Oxşar xəbərlər
MN: Ermənilər Azərbaycana məxsus heç bir tankı vurmayıb
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan...