Ermənilər həyasızlığa başladılar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bölgədə daimi sülhün təmin olunması üçün Azərbaycan uzun müddətdir diplomatik çərçivədə mübarizə aparır.
Ermənistan isə sülhə daha çox yaxınlaşmaqdan, Brüssel görüşündə humanitar məsələlər üzrə götürdüyü öhdəlikləri yerinə yetirməkdənsə, əksini nümayiş etdirir.
Son günlər bir qədər də azğınlaşaraq daha genişmiqyaslı təxribatlar törədirlər. Sentyabrın 12-də gecə saatlarında ermənilər tərəfindən sərhəddə yaradılan süni gərginlik, eyni zamanda ərazilərimizin yenidən minalanmasına cəhdi də bunun sübutudur.
Çətinə düşən kimi “dost”a zəng prinsipinə əməl edən ermənilər bu dəfə də adətlərinə sadiq qaldılar. Azərbaycan Ordusu tərəfindən aldıqları cavabdan kürkünə birə düşən Paşinyan hökuməti gah Vladimir Putin, gah Makron, gah da Rəisidən yardım istədi. Ermənistan parlamenti isə KTMT və BMT Təhlükəsizlik Şurasına müraciət edərək düşdükləri bataqlıqdan çıxmağa çalışır.
Ekspertlər hesab edirlər ki, bu, ermənilərin son çırpınışlarıdır. Azərbaycan Ermənistanı dəfələrlə sülhə dəvət etsə də, onlar israrla kötək istədilər. İndi isə hansısa ölkədən və ya beynəlxalq təşkilatdan yardım dilənmələrinin heç bir faydası olmayacaq.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...