Erməni general: Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında Robert Köçəryan və Serj Sarkisyan işitrak edi
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşa rayonunun işğalı ilə bağlı Ermənistan silahlı qüvvələrinin general-polkovniki Qurgen Dalibaltayanın (1926-2015) qeydləri yer almış videomaterial nümayiş etdirilib.
BAKU.WS xəbər verir ki, Q.Dalibaltayan bildirib ki, Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan (Ermənistanın keçmiş prezidentləri – red.) iştirak ediblər.
O vurğulayıb ki, Şuşa əməliyyatının əhəmiyyəti çox böyük idi.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib. Bununla bağlı BAK...