Erməni əsgərin sərhəddəki təxribatı: İntizamsızlıq, yoxsa planlaşdırılmış ssenari?

Ermənistan tərəfi mütəmadi olaraq atəşkəsi pozması ilə yanaşı, digər təxribat üsullarına da əl atır.
BAKU.WS xəbər verir ki, "Caliber" Azərbaycan hərbçilərinə qarşı yolverilməz hərəkətlər edən erməni əsgərin görüntülərini yayıb.
Qeyd olunub ki, erməni hərbçilərinin sərhəd zonasında nizamnaməyə zidd davranması, Azərbaycan əsgərlərinə qarşı təxribat xarakterli addımları Aİ missiyasının gözləri önündə baş verir.
"Belə hərəkətlərin doğurduğu nəticələrin məsuliyyəti Ermənistanın üzərinə düşəcək. Bu təxribatlar ya ordudakı intizamsızlığın göstəricisi, ya da əvvəlcədən planlaşdırılmış ssenaridir. Hər iki halda, eskalasiyanın əsas səbəbkarı İrəvandır", - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Tramp Azərbaycan və Ermənistanla bağlı paylaşım edib
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə "Truth Social"dakı hesabında avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Ni...
