Ərdoğandan İstanbulda məhkəmə binasına silahlı hücumla bağlı AÇIQLAMA - YENİLƏNİB - ANBAAN VİDEO

Ərdoğandan İstanbulda məhkəmə binasına silahlı hücumla bağlı AÇIQLAMA - YENİLƏNİB - ANBAAN VİDEO
Foto Video
Siyasət 3

"Çağlayan Ədliyyəsinə edilən hücumla əlaqədar vətəndaşlarımıza tezliklə şəfa diləyirəm".

BAKU.WS Türkiyə mediasına istinadən xəbər veri ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmarada çıxışı zamanı deyib.

"Xain hücumu aradan qaldıran təhlükəsizlik qüvvələrimizi təbrik edirəm. Biri kişi, biri qadın olmaqla iki terrorçu öz mənfur məqsədlərinə çatmamış zərərsizləşdirilib. Türkiyə bütün terror təşkilatlarına qarşı mübarizəsini davam etdirəcək. Yaralılarımızdan birinin vəfat ilə bağlı Allahdan rəhmət diləyirəm. Qəhrəman polislərimizin alınlarından öpürəm", - Türkiyə lideri bildirib.

Ölkənin daxili işlər naziri Əli Yerlikaya, Çağlayan Ədliyyəsinə edilən hücumla bağlı sosial media hesabından verdiyi açıqlamada, "Bu gün Çağlayan Ədliyyəsinin C Qapısı qarşısındakı keçid məntəqəsinə terror hücumu təşkil edilib. Zərərsizləşdirilən E.Y. və P.B adlı xainlərin DHKP/C terror təşkilatı üzvləri olduğu məlum olub. Hücum etməyə cəhd edən terrorçular zərərsizləşdirilərkən 3-ü polis, 3-ü vətəndaş olmaqla 6 nəfər yaralanıb. Yaralılarımızın tezliklə sağalmasını arzulayıram". - deyə qeyd edib.

***13:59

Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum olub.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı 3-ü polis olmaqla 5 nəfər yaralanıb.

Qeyd edilib ki, ölənlər hücum edən şəxslərdir.

Hadisə yerinə çoxlu sayda polis və həkim briqadası göndərilib.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Digər tərəfdən, bölgədəki səlahiyyətlilər Çağlayan Ədliyyəsinə giriş və çıxışların bağlandığını açıqlayıb.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, hücum edən şəxslərdən 1-i qadın və 1-i kişi olub.

Hücum görüntülərini təqdim edirik:

Son xəbərlər