Ərdoğan: "Yeni bir Çernobıl yaşamaq istəmirik"

18
avq
2022
20:22
"Zaporojye AES ətrafındakı vəziyyətdən narahat olduğumuzu ifadə etdik. Yeni bir Çernobıl yaşamaq istəmirik".
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT baş katibi Antonio Quterreş və Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.
"Bu günə kimi olduğu kimi Ukraynanın yenidən inşası üçün lazım olan dəstəyi verəcəyimizi cənab Zelenski ilə bölüşdük", - deyə qardaş ölkə lideri bildirib.
Oxşar xəbərlər
Ərdoğan, Zelenski və Quterreş Ukraynada görüşdülər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Volodimir Zelenski və BMT baş katibi Antonio Quterreş Ukraynada görüşüblər. BAKU.WS "Anadolu" agentl...