Ərdoğan: Vaşinqtonda əldə olunan razılaşmalardan məmnunuq
Bu il avqustun səkkizində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmalardan məmnunluğumuzu ifadə etmişik.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Azərbaycan və Ermənistan arasında sülh prosesi kontekstində atılan addımları alqışlayır:
"Beş il əvvəl biz Azərbaycana ən güclü dəstəyimizi nümayiş etdirdik. Bu şanlı qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə 10 dekabr 2020-ci ildə Azadlıq meydanında keçirilən qələbə paradına baxdıq. 2021-ci ildə imzaladığımız Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrimiz hər sahədə konkret layihələrlə daha da möhkəmlənir".
Oxşar xəbərlər
Səfir: Efiopiyanın COP32-yə ev sahibi seçilməsi Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar yaradacaq
Efiopiyanın 2027-ci ildə keçiriləcək COP32-yə ev sahibi seçilməsi Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Bunu "Report"un Türkiyə bürosuna açıqlam...