Ərdoğan "soyqırımı" ifadəsi ilə bağlı sükutu pozdu
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ prezidenti Co bayden bir əsr əvvəl baş vermiş ağrılı hadisələrlə bağlı əsassız, haqsız və həqiqətdən uzaq ifadələrdən istifadə etdi".
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib. Ərdoğanın sözlərinə görə, tarixdə baş verən hadisələri araşdırmaq və həqiqəti üzə çıxarmaq işi siyasətçilərə yox, tarixçilərə aiddir.
"Bu ifadələrə radikal erməni dairələri və Türkiyəyə qarşı çıxan qrupların təzyiqi ilə yer verildiyini düşünürük", - deyə qardaş ölkənin cumhurbaşqanı vurğulayıb.
Oxşar xəbərlər
Ərdoğan: “Hazırda Qərb Türkiyənin səhiyyə sistemini örnək alır”
“Mart ayı peyvəndləmə sahəsində çox böyük yol qət edilən sahə olacaq”. BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tay...