Ərdoğan İranın yeni prezidenti ilə danışıb

Ərdoğan İranın yeni prezidenti ilə danışıb
Siyasət 180

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti ilə telefon danışığı aparıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr üzrə İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, Ərdoğan iranlı həmkarı ilə söhbətin gedişatında İbrahim Rəisini vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.

Tərəflər Türkiyə-İran münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Rəisinin prezidentliyi dövründə rəsmi Ankara və Tehran arasındakı ikitərəfli əlaqələrin və regional əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyi ifadə edib.

Türkiyənin dövlət başçısı qeyd edib ki, yüksək səviyyəli Əməkdaşlıq Şurasının fəaliyyəti iki ölkənin strateji əməkdaşlığı nöqteyi-nəzərindən mühüm rol oynayır.

Son xəbərlər