Ərdoğan Jandarma Qüvvələrinə yeni komandan təyin etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkitə prezidenti Rəcəb Tayyib Ərdoğan Daxili İşlər Baş İdarəsi və Jandarma Baş Komandanlığına yeni rəhbərlər təyin edib.
Ərdoğanın müvafiq sərəncamları "Rəsmi Qəzet"də dərc edilib.
Belə ki, Bursa valisi Mahmut Demirtaş Daxili İşlər Baş İdarəsinə təyin edilib, Jandarma Baş komandanı Arif Çətin yaşa görə təqaüdə göndərilib. Çətindən boş qalan Jandarma Baş Komandanlığı vəzifəsinə isə general Ali Çardakçı təyin olunub.
Qeyd edək ki, Jandarma Baş Komandanlığında 22 general və polkovnikə daha yüksək rütbə verilib. 83 general və polkovnik fərqli vəzifələrə təyin olunub.
Oxşar xəbərlər
Ərdoğan orduya generallar təyin etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Quru Qoşunları Komandanlığında xidmət edən 117 general təyin edilib. Hərbi Dəniz Qüvvələri Komandanlığında...