Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
"Baş nazir Paşinyan söhbət zamanı Türkiyə Prezidentini ötən Qurban bayramı münasibətilə təbrik edib; bu fürsətlə Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşması prosesi və regional məsələlər də müzakirə olunub", - paylaşımda bildirilib.
Ərdoğan Türkiyə ilə Ermənistan arasındakı normallaşmanın birbaşa ticarətin başladılmasına yönəlmiş addımlarla davam etdiyini qeyd edib.
Həmçinin Türkiyənin bölgədə sülh və sabitlik üçün səy göstərdiyini, bu istiqamətdə atılacaq addımları hər zaman dəstəkləyəcəyi vurğulanıb.
Oxşar xəbərlər
Azərbaycan və ABŞ qarşılıqlı investisiyaların artırılmasını müzakirə edib
Azərbaycan və ABŞ arasında qarşılıqlı investisiyaların artırılması müzakirə edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl...