Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu və bir qrup azərbaycanlı xilasedicini Türkiyədə baş vermiş dəhşətli zəlzənənin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə təltif edib.
BAKU.WS anadolu ajansı-na istinadən xəbər verir ki, dövlət başçısı bu gün keçirilən mərasimdə səfirə “Yüksək xidmətə görə” medalını təqdim edib.
R.T.Ərdoğan həmçinin digər ölkələrdən olan nümayəndə heyətlərini də medal və diplomlarla mükafatlandırıb.
“Biz kimsənin yaşadığımızı yaşamasını və bu cür ağır sınaq qarşısında qalmasını istəmirik”, - deyə o bildirib:
“Zəlzələnin təsirlərinin aradan qaldırılması üçün bizə kömək edən hər kəsə, o cümlədən əcnəbi dostlarımıza təşəkkür edirəm. Əsrin fəlakəti qarşısında bütün millətimiz səfərbər oldu. Dünyanın 90 ölkəsindən gələn xilasedicilər bizə dəstək verdi. Könüllülərlə birlikdə təxminən 650 min insanımız zəlzələ baş vermiş ərazilərə axın etdi”.
Qeyd edək ki, Türkiyədə fevralın 6-sı səhər saatlarında 7.8 və 7.6 bal gücündə ard arda dəhşətli zəlzələlər baş verib.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. Dağıdıcı yeraltı təkanlar 50 min nəfərdən çox insanın ölümünə səbəb olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub - FOTO - YENİLƏNİB
Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. B...