Ən bahalı dollar - FOTO

Ən bahalı dollar - FOTO
Foto
Siyasət 454

Oktyabrın 8-də 1794-cü ildə buraxılmış gümüş dollar yenidən hərraca çıxarılacaq. Bu sikkələr 2013-cü ildə 10 milyon dollara satılıb və bu dəfə dəyər baxımından yeni rekorda imza ata bilər.

Bu barədə BAKU.WS xəbər verir. İlk kəsilmiş dollar olduğu deyilən sikkənin üzərində qədim Yunan ilahəsini xarakterizə edən uzunsaçlı qadının profil şəkli, digər tərəfində isə qanadları sağa və sola açılmış qartal əks olunub.

Qeyd edilir ki, o, ilk dəfə 2013-cü ildə 10 milyon ABŞ dollarına satılıb. Gümüş pul növbəti dəfə hərraca çıxarılacaq və qiymətinə görə yeni rekord vura bilər.

Azadlığın təsviri olan qadın profilli sikkə ilk kəsilmiş dollar olub. Onu ABŞ prezidenti Corc Vaşinqton əlində saxlayıb.

Həmin dövrdə ümumilikdə 1758 belə sikkə buraxılıb, lakin bu pullardan dövrümüzə təxminən 130-u çatıb. Onlar geniş ictimaiyyət üçün nəzərdə tutulmayıb və Konqres üzvlərinə, ABŞ-ın fəxri vətəndaşlarına paylanılıb.

Son xəbərlər