Elman Rüstəmov: “Yeni parlamentdən qanunvericiliyin təkmilləşdirilməsini gözləyirik”
09
fev
2020
11:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Milli Məclis ölkədə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində büdcə siyasəti ilə bağlı qanunvericilik bazasının formalaşmasında mühüm rol oynayır".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsindəki 4 saylı məntəqəsində səs verən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
"Yeni parlamentdən də iqtisadi inkişafımızın yeni bir mərhələsinə uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsini gözləyirik", - o qeyd edib.
Oxşar xəbərlər
Milli Məclis Aparatında böyük islahatlar aparılacaq
“Milli Məclis Aparatında kadr və struktur islahatları aparılacaq”. BAKU.WS xəbər verir ki, bunu “Report”a eksklüziv açıqalamasında Milli Məclis Aparatının rəhbə...