Məzahir Pənahov: "Sosial şəbəkələrdəki görüntüləri araşdıracağıq"

“Biz dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan və sosial şəbəkələrdə paylaşılan görüntüləri araşdıracağıq”.
BAKU.WS-in xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, həmin müraciət və görüntülərlə bağlı Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul ediləcək.
MSK sədri həmçinin məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etmələrni xahioş edib.
“Biz onsuz da məcburuq ki, daxil olan müraciətləri dairə seçki komissiyalarına göndərək. Onun üçün vətəndaşlara müraciət edirik ki, məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər”.
Oxşar xəbərlər
Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqladı
Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatıb və bütün məntəqələr bağlanıb. Seçkilər 1606 bələdiyyə üzrə 15 min 156 bələdiy...
