Əli Əsədov: Azərbaycan COP31-ə hazırlıq prosesində Türkiyəyə hərtərəfli dəstək göstərməyə hazırdır
Baş nazir Əli Əsədov Azərbaycanın COP31-ə hazırlıq prosesində Türkiyəyə hərtəfərli dəstək göstərməyə hazır olduğunu bəyan edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxış edən Baş nazir ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlığa böyük önəm verildiyini deyib.
"2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilmiş COP29 sammitində yüksək səviyyədə iştirakına görə Türkiyə tərəfinə bir daha təşəkkürümüzü ifadə edirik. Fürsətdən istifadə edərək COP31-in ev sahibi seçilməsi münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirik. Antalya şəhərinin seçilməsi Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə səylərinə verilən yüksək qiymətdir. Azərbaycan hazırlıq prosesində qardaş Türkiyəyə hərtərəfli dəstəyini göstərməyə hazırdır", - o deyib.
Oxşar xəbərlər
Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik
Müdafiə Nazirliyi elektron xidmətlər portalı ilə bağlı paylaşım edib. "İndi Müdafiə Nazirliyinin elektron xidmətlər portalı ilə hər şey çox sadə və əlçatandır....