"Baku TV": Azərbaycan MDB çərçivəsində regional əlaqələrin inkişafına töhfə verməyə çalışır
Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlıqda milli maraqlarını əsas götürərək regional əlaqələrin inkişafı və qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə töhfə verməyə çalışır.
BAKU.WS xəbər verir ki, bu barədə "Baku TV"nin Türkmənistana ezam olunmuş əməkdaşı Xatirə Məmmədovanın jurnalistlərin mətbuat mərkəzindən hazırladığı süjetdə bildirilib.
Süjetdə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasının keçirilməsi xüsusi qeyd olunub:
"Azərbaycan MDB çərçisəvində əməkdaşlığı davam etdirir. Ölkəmiz təşkilatın fəaliyyətində iştirak etməklə yanaşı milli maraqlarını və öz konseptual mövqeyini də əsas götürür".
Oxşar xəbərlər
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki,...